"Neftçi" Xorvatiya klubuna qarşı

13.07.2026 10:31 16
Ölkə futbolu
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya "Osiyek"i ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19.30-da başlayacaq. Oyun Lendava stadionunda keçiriləcək.

Xatırladaq ki, Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0:1, Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3:0 hesabı ilə qalib gəlib.