“Turan Tovuz”un rəqiblərindən biri bilindi

13.07.2026 22:23 19
Ölkə futbolu / Premyer-liqa
İyulun 4-də Türkiyədə, daha dəqiqi, Ankaranın Qızılcahamam bölgəsində toplanışa başlayan “Turan Tovuz”un qonşu ölkədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.

Nəhayət, klub yoxlama oyunlarından biri üçün rəqibin adını açıqlayıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi komanda iyulun 17-də İranın 21 yaşlılardan ibarət yığma yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19.00-da start götürəcək.