Dortmundu tərk etməyə yaxındır

28.08.2026 22:41 45
Dünya futbolu
“Barselona” və “Borussiya” (Dortmund) arasında aparılan danışıqlar müsbət nəticələnib.

Football-plus.az" xəbər verir ki, Karim Adeyeminin transferi tezliklə rəsmiləşəcək.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, İspaniya klubu “Borussiya”ya 22 milyon və bonuslar şəklində daha 7-9 milyon avro ödəyəcək. Dortmund klubu isə futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 35 faizini almaq hüququnu özündə saxlayacaq. Adeyemi “Barselona” ilə 5 illik müqavilə imzalayacaq. Almaniyalı hücumçunun illik maaşı 6 milyon avro təşkil edəcək.

24 yaşlı futbolçu ötən mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 34 oyuna çıxan Karim 10 qol vurub və 6 məhsuldar ötürmə edib.