Babək Quliyev Konfrans Liqasının matçında

13.07.2026 12:15 26
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Hamrun” (Malta) - “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.