"Baku Sporting" hücumçu transfer etdi

13.07.2026 16:27 19
Ölkə futbolu
"Baku Sporting" heyətinə yeni futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi "Mingəçevir"dən ayrılan Şahmar Aşurovu transfer edib. 21 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Şahmar Aşurov daha əvvəl “Kəpəz” və “Zirə”nin də formasını geyib.