FİFA dünya çempionatının final matçında istifadə olunacaq “Trionda Final” topunu təqdim edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesablarında məlumat yayılıb. Yeni top texniki xüsusiyyətlərinə görə hazırda istifadə olunan “Trionda” ilə eyni olsa da, qara-qızılı naxışlar, qırmızı detallar və mundiala ev sahibliyi edən şəhərlərin adlarının həkk olunduğu xüsusi dizaynı ilə seçilir.
Xatırladaq ki, turnirin finalı iyulun 19-da keçiriləcək.