“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı

12.07.2026 13:52 160
Avrokuboklar / Aktual
İyulun 9-da Avropa Liqasında ilk matçını keçirən “Qarabağ” inamlı qələbə qazandı.

“Vestri” ilə oyunu izləyənlər arasında Avropanın tanınmış xəbər agentliklərindən biri olan “A NEWS”un Azərbaycan bürosunda çalışan həmkarımız - britaniyalı Keyti Vilson da var idi. O, oyundan sonra “X” sosial şəbəkəsində fikrini bölüşüb.

“Football-plus.az” sizi xanım həmkarımızın fikri ilə tanış edir:

“Qarabağ” 16000 (əslində 23549 – red.) azarkeşin qarşısında 3:0 hesabıyla inamlı qələbə qazandı. Gələn həftə 3 min mil qət edərək səfər oyununa yollanacaq. “Qarabağ” oyunboyu üstün performans göstərərək çoxlu fürsət qazandı. Meydançanın “Vestri”yə aid olan hissəsində inamlı çıxış edən “köhlən atlar” dominant oyun oynadı. “Qarabağ”ın heyətində ilk matçını keçirən futbolçular da fərqlənə bildi. Onlar komandalarına yeni nəfəs verib. Digər oyunçulardan Zubir və Yankoviç ən yaxşı oyunlarını oynadılar. “Qarabağ” bu qələbə ilə 2-ci təsnifat mərhələsinə daha da yaxınlaşdı”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul