Bir qol vurdu, ən yaxşı oyunçu seçildi

13.07.2026 15:25 5
Dünya futbolu
DÇ-2026-da  Argentina və İsveçrə yığmaları arasında keçirilən 1/4 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, FİFA-nın saytının xəbərinə görə, bu nominasiyada argentinalı hücumçu Xulian Alvares qalib gəlib. O, 3:1 hesabı ilə qalib gəldikləri matçın 112-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub.

Argentina iyulun 15-də keçiriləcək yarımfinalda İngiltərə ilə qarşılaşacaq.