Hamını arxada qoydu

4.08.2026 16:12 14
Dünya futbolu
DÇ-2026-da Norveç və İngiltərə yığmaları arasında keçirilən 1/4 final matçının ən yaxşı oyunçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, FİFA-nın saytının yaydığı xəbərə görə, ingiltərəli Cud Bellingem oyunun ən yaxşısı adına layiq görülüb. O, 2:1 hesablı qələbə qazandıqları matçda iki qol vuraraq komandasının yarımfinala çıxmasında böyük rol oynayıb.

Cud dünya çempionatında meydana çıxdığı oyunlarda 6 qolun və 1 məhsuldar ötürmənin sahibi olub. Onun oyundaşı Harri Keyn də eyni göstəricilərə malikdi.