Son çempiondan unikal göstərici

12.07.2026 22:59 6
Dünya futbolu
Argentina yığması dünya çempionatları tarixində unikal göstəriciyə imza atıb.

"Football-plus.az" xəbər verir ki, Lionel Skaloninin komandası mundialda ardıcıl 12 oyunda 2 və ya daha çox qol vuran ilk yığma olub. Argentina bu rekordu DÇ-2026-nın 1/4 finalında İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub etməklə rəsmiləşdirib.

Yeri gəlmişkən, Son çempion olan Argentina iyulun 15-də keçiriləcək yarımfinalda İngiltərə ilə qarşılaşacaq.