“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) heyətinə qatıb. 26 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.
Jotanın son klubu “Sao Joao de Ver” (Portuqaliya) olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev, Emil Süleymanov ("Qəbələ") və Nicat Qaragözlünü kluba cəlb edib.