"Çelsi" müdafiəçisi ilə yollarını ayırır

17.05.2022 09:30 538
Dünya futbolu
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Andreas Kristensenin mövsümün sonunda klubu tərk edəcəyini təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, alman mütəxəssis bununla bağlı “Daily Mail” nəşrinə açıqlamasında söyləyib. O, Antonio Rüdiger və Kristensenin yayda klubu tərk edəcəyini bildirib.

Danimarkalı müdafiəçi 2012-ci ilin iyulunda “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.