“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Sportinq”in yarımmüdafiəçisi Morten Yulmanı transfer edib. 27 yaşlı futbolçu ilə müddəti 2031-ci il iyunun 30-dək razılaşdırılan müqavilə imzalanıb.
İspaniya mətbuatının yaydığı məlumata görə, “Atletiko” bu transfer üçün 40 milyon avro və bonuslar ödəyəcək. Daha əvvəl ümumi məbləğin bonuslarla birlikdə 45 milyon avroya çata biləcəyi xəbər verilmişdi.
Yulmann “Sportinq”də 2023-cü ildən çıxış edirdi və komandanın kapitanı idi. Danimarkalı futbolçu lissabonluların heyətində 141 oyuna çıxıb, iki dəfə Portuqaliya çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.
O, ötən mövsüm Portuqaliya çempionatında meydana çıxdığı 27 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Morten Danimarka yığmasının heyətində 27 oyun keçirib.