Cəlal Hüseynovun Bolqarıstan “Arda”sını Rumıniya “Petrolul”una dəyişdiyini xəbər vermişdik. Bu keçiddə Erkin İbrahimov vasitəçilik etmişdi.
Menecer bugünlərdə Rumıniyada olub, “Petrolul”un da düşərgəsində baş çəkib. O, səfər təəssüratını “Football-plus.az” ilə bölüşdü:
“Petrolul”la uzun illərə söykənən çox yaxşı münasibətimiz var. Futbolçumuza çox böyük maraq göstərdilər. Həm klubun vitse-prezidenti, həm də klub prezidenti Klaudio Tudor danışdı. Baş məşqçi də Cəlalla özü danışdı. Həm Hüseynovun meneceri, həm də özü çox istəyir ki, Avropada oynasın. Milli komandamızın üzvü, təbii ki, ora əsas heyət futbolçusu kimi gedir. 3-4 məşqi izləmişəm. Özüm müşahidə etmişəm ki, artıq baş məşqçinin istədiyi “11-lik”də o da var. Sadəcə, bir qədər gec qoşuldu. Komanda Polşada təlim-məşq toplanışı keçəndə Cəlal Bakıda fərdi şəkildə məşq edirdi. Bunun da təsiri var. Ruminiya demokratik ölkədi, lisenziya çıxarmaq üçün işci vizası almaq lazımdı. Klubda da ümid edirlər ki, çempionatın əvvəlinə kimi alınacaq. Yenə deyirəm ki, ona əsas heyət futbolçusu kimi baxırlar. Baş məşqçi ilə nahar etdik, fikirlərini öyrəndik. O, bəlkə də Cəlalı bizdən çox izləyib. Yaxşı struktura malik, ciddi klubdu, böyük hədəfləri var. Ruminiyanın ən köklü klublarından biridi”.
İSRAYIL XEYRULLAYEV