“Mançester Siti” bu yay daha bir oyunçu transfer edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi “Lester”in cinah oyunçusu Ceremi Monqanın transferini rəsmən açıqlayıb. 17 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 10 milyon funt sterlinq (11,7 milyon avro) təşkil edib. Bundan əlavə, bonuslar şəklində daha 2,5 milyon funt sterlinq (2,9 milyon avro) ödənilə bilər.
Yeniyetmə futbolçu ötən mövsüm “Lester”in heyətində 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.