Kapitan “gəmini” tərk etməyəcək

12.07.2026 23:23 12
Dünya futbolu
Vircil van Diyk bu yay “Liverpul”dan ayrılmayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə jurnalist Ceyms Pirs məlumat yayıb. Hazırda məzuniyyətdə olan 34 yaşlı müdafiəçi mövsümə hazırlıq prosesində komandanın yeni baş məşqçisi Andoni İraolanın sərəncamına qayıdacaq. İspaniyalı mütəxəssis 2026/27 mövsümündə niderlandlı futbolçuya güvənir.

“Liverpul”da 2018-ci ilin yanvarından çıxış edən Van Diyk ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.