"Kəpəz" sabiq qapıçısını qaytardı

13.07.2026 20:20 19
Ölkə futbolu
“Kəpəz" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyalı qolkiper son olaraq İsrailin "İroni Tiberias" klubunda çıxış edib. "Braqa"nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-25-ci illər mövsümündə də "sarı-göylər"in formasını geyib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.