• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov

Avrokuboklar / Aktual

7-07-2026, 14:0

“Sabah”ın başa çatan mövsümdə premyer-liqa və ölkə kubokunda qazandığı qələbələrin “Qarabağ” üçün “soyuq duş” effekti yaratdığı bəlli idi. Çünki Masazır təmsilçisi sözün əsl mənasında rəqib tanımırdı. “Qarabağ”ı belə. Bu üzdən hadisələrin axarının “köhlən atlar”ın köklü islahatlara əl atmasıyla nəticələnməsi sürpriz olmadı.

Hələ “futbol ili” davam edərkən ciddi dəyişikliklərin olacağının mesajını verən baş məşqçi Qurban Qurbanov futbol ictimaiyyətini yanıltmadı. Ağdamlılar mövsümlərarası fasilədə nə az, nə çox - 8 futbolçu ilə yollarını ayırdı. Daha bir önəmli məqam isə “köhlən atlar”ın həm də 8 yeni futbolçu almasıdı. Özü də söhbət əvvəlki mövsümlərlə müqayisədə yetərincə baha oyunçulardan gedir. Martin Zlomisliçin qapıçı, Bruno Lanqanın müdafiəçi, Renaldo Sefas, Jali Muaddib, Samuel Lobato, Bense Varkonyi və Cebrail Makreçkisin yarımmüdafiəçi, Zakaria Savonun hücumçu olduğunu nəzərə alsaq, ağdamlılar bütün mövqeləri gücləndirdi. Təbii ki, bu addımı atmaqda komandanın Çempionlar Liqasında qazandığı uğurlar sayəsində əldə etdiyi böyük maliyyə gücünün də rolu oldu. Əlbəttə, azarkeşlər belə transferləri yalnız sevinclə qarşılayır, ümidlər böyüyür, gözləntilər artır. Amma futbolun başqa üzü də var ki, həmin məqamda qaş düzəldən yerdə göz çıxarmaq tam mümkündü. Axı “köhlən atlar”ın məqsədi hər il olduğu kimi, bu dəfə də avrokubokların əsas mərhələsinə vəsiqə qazanmaqdı və belə köklü dəyişiklik böyük risklər yarada bilər. Düzdü, bir daha vurğulamalıyıq ki, həm “Qarabağ”ın klub kimi, həm də Qurban bəyin fərdi baxımdan təcrübəsini gözardı edə bilmərik. Hələ onu demirik ki, Mateuş Koxalski, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Mateus Silva, Elvin Cəfərquliyev, Abdulla Zubir, Leandro Andrade, Marko Yankoviç, Kadi Borges və Kamilo Duran və başqa bir neçə istəkli, avrokubok təcrübəsi zəngin olan futbolçular hələ də heyətdədi.

Bəs, 8 ayrılığın yaşanması kollektiv üçün ciddi silkələnmə deyilmi? “Qarabağ”ın bu səbəbdən uğursuzluğa düçar olmaq ehtimalı varmı? Bu suallarla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik:

“Bu qədər oyunçunun dəyişməsi komandaya təsirsiz ötüşə bilməz. Amma hansısa futbolçu komandadan ayrılmaqda israrlıdısa, təbii ki, başqa oyunçuyla anlaşmağa məcbursan. Belə dəyişikliklər həm müsbət, həm də mənfi nəticələnə bilər. Burda bir çox məqam var. Birincisi, “Qarabağ” indiyə qədər qazandığı reytinq sayəsində avrokubokların əsas mərhələsinə qədər ciddi rəqiblə qarşılaşmayacaq. “Vestri” İslandiyanın 2-ci liqa təmsilçisidi. Bu rəqibi premyer-liqamızda olan istənilən komanda məğlub edə bilər. İnanmıram ki, pley-off mərhələsində də güclü rəqib gəlsin. Yeni oyunçulara da kifayət qədər böyük vəsait xərclənib. Bu futbolçularla avrokubokların istənilən turnirinin əsas mərhələsinə vəsiqə qazanmaq olar. Təbii ki, oyun keyfiyyəti, zəkası baxımından ötən mövsüm Çempionlar Liqasında çıxış edən “Qarabağ”ı görməyəcəyik. Yenə də bu məqamın “köhlən atlar” üçün hansısa sərhəd yaradacağını düşünmürəm”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

5-07-2026, 18:0

"Qarabağ"dan 8-ci transfer

Ölkə futbolu

3-07-2026, 17:0

“Qarabağ”dan növbəti transfer

Ölkə futbolu / Manşet

27-06-2026, 17:0

“Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə

Ölkə futbolu

25-06-2026, 19:0

“Qarabağ”dan növbəti transfer

Ölkə futbolu

25-06-2026, 20:0

"Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları

Ölkə futbolu / Aktual

16-06-2026, 20:0

“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 281
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə