Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Football-plus.az xəbər verir ki, Ozan Can Kökcünün komandası – “Eyndhoven” də bu turnirdə növbəti matçına çıxıb.
Azərbaycan millisinin üzvünün komandası səfərdə “Breda” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabıyla bitdiyinə görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Burda daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.