PSJ sıralarına yeni qapıçı cəlb edib.
"Football-plus.az" xəbər verir ki, Fransa çempionu “Parma”dan Dzion Suzukini transfer edib. Bu barədə məşhur jurnalist Fabritsio Romanonun “X” sosial şəbəkəsindəki məlumatda bildirilir ki, 23 yaşlı yaponiyalı qapıçının transferi PSJ-yə 35 milyon avroya başa gəlib. Suzuki PSJ-yə keçdikdən dərhal sonra icarəyə göndəriləcək. Onun ən real icarə variantının “Yuventus” olduğu bildirilir. Turin klubu qapıçı ilə maraqlanan əsas namizəd klubdu.
Dzion “Parma”ya 2024-cü ilin yayında 7,5 milyon avroya “Sent-Trüden”dən keçib. Ötən mövsüm 22 oyunda meydana çıxan qapıçı 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.