Ozan Can Kökçü komandasına 1 xal qazandırdı

3.09.2022 11:16 451
Dünya futbolu
Futbol üzrə Niderland 1-ci liqasında 5-ci turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Komanda səfərdə “Breda” ilə üz-üzə gəlib. Görüş qollu bərabərliklə başa çatıb - 1:1.

Ozan da bu gün görüşün iştirakçısı olub. O, oyuna start heyətində başlayıb və 57-ci dəqiqədə əvəzlənib. Komandanın yeganə qolunu məhz millimizin üzvü Ozan vurub.

“Eyndhoven” 5 oyuna topladığı 13 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.