"Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı

12.08.2026 13:40 75
Avrokuboklar
Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın İsrailin "Hapoel" (Ber-Şeva) klubu ilə oyunlarının vaxtı və məkanı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, komandaların ilk qarşılaşması avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Xatırladaq ki, İsrail klubları Yaxın Şərqdə davam edən münaqişə səbəbindən avrokuboklardakı ev oyunlarını neytral meydanda keçirirlər.

Komandalar arasında cavab matçı isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20.45-də başlayacaq. Masazırdakı "Bank Respublika Arena" UEFA-nın 3-cü dərəcəsinə aid olduğuna görə "Sabah" pley-off matçını orda keçirə bilmir.

Artıq ən azı Avropa Liqasının Liqa mərhələsini təmin edən "Sabah"ın növbəti oyunlarını isə harada keçirəcəyi hələlik dəqiqləşməyib.