“Qarabağ” sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab görüşünə çıxacaq.
“Football-plus.az” xəbər verir ki, rəqibin baş məşqçisi İqor Kostyuk bu gün oyunöncəsi mətbuat konfransı keçirib.
- Kariyeranızın 17 ilini “Dinamo”ya həsr etmisiz. İndi də qarşınızda 17 ilini “Qarabağ”a həsr etmiş Qurban Qurbanov var. Bu haqda nə düşünürsüz?
- Qarşımızda uzun illər “Qarabağ”la işləyən Qurban Qurbanov, vahid sistem var. Onların böyük təcrübəsi var. Bu da oyuna maraq qatır.
- Bəzi futbolçular Kiyevdə qalıb. Bəs başqa hansı itkilər var?
- Bundan öncə olanlar komandanın tərkibindədi. Başqa dəyişikliklər yoxdu.
Daha sonra mütəxəssis ölkəmiz haqda xoş sözlər səsləndirdi:
- Şəhəriniz və insanlarınız bizə çox xoş təəssürat bağışladı. Azərbaycan xalqının bizə çox xoş münasibəti var. Buna baxmayaraq, meydanda böyük qarşıdurma olacaq.
İSRAYIL XEYRULLAYEV