Yaşıl meydanı tərk etdi

12.08.2026 15:28 17
Dünya futbolu
Kevin Folland karyerası ilə bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, o, yaşıl meydanı tərk edib. Almaniya yığmasının keçmiş hücumçusu bu qərarı “Münhen 1860”-ın oyunçusu kimi qəbul edib. O, məhz bu klubun yetirməsidi. 33 yaşlı Folland futbolçu həyatında “Hoffenhaym”, “Bayer-04”, “Monako” və “Union”da da çıxış edib.

Onun Almaniya yığmasında 15 oyuna 1 qol vurduğunu da xatırladaq.