“Orhus” Bakıda darmadağın olmaqla Çempionlar Liqasında mübarizəni dayandırdı.
“Football-plus.az” Danimarka çempionunun çalışdırıcısı Yakob Poulsenin mətbuat konfrasından hesabatı tədqim edir.
- 2-ci hissədə nə baş verdi?
- Kobud səhvlərə yol verdik, rəqibin topa nəzarət etməsinə imkan yaratdıq. “Sabah” kimi komandaya belə şans verəndə o səni cəzalandırır.
- İlk qolu necə şərh edərdiz?
- Topa nəzərət etmək istəyirdik, ancaq üstünlük rəqibə keçdi, o təzyiqi gücləndirdi. Müdafiədə səhvlərə yol verdik. Məhz bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı.
- Yəqin ki, Avropa Liqasında rəqibiniz “Benfika” olacaq. Şansları necə dəyərləndirirsiz?
- Çətin püşk oldu. İrəlidə bizi çempionat oyunu gözləyir. Ondan sonra “Benfika” haqda düşünəcəyik.
- Bir hissə ərzində 4 top buraxacağınızı gözləyirdiz?
- Əlbəttə, heç bir belə şey gözləmirdik. Öz səhvlərimiz üzündən uduzduq. “Sabah” pley-offa çıxmağa layiq idi. İki oyuna baxsaq, rəqib daha yaxşı oyun göstərdi, növbəti mərhələyə vəsiqəni haqq etdi.
- “Sabah”ın oyunçularından kimi öz komandanızda görmək istərdiz?
- “Sabah”ın keyfiyyətli futbolçuları var, xüsusən də hücumda effektlidilər. İvan Lepinitsanı xüsusi qeyd edərdim.