Niderland 1-ci divizionunun 17-ci turunun oyunları baş tutub.
Football-plus.az xəbər verir ki, "Eyndhoven" "De Qraafşap”la qarşılaşıb. Ozan Can Kökçünün komandası matçda qələbə qazanıb - 2:1.
Azərbaycan millisinin üzvü bu görüşün iştirakçısı olub. Yarımmüdafiəçi 73-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Eyndhoven” 17 turdan sonra 32 xalla 4-cü pillədədi.