Millimizin üzvünün komandası qələbəni aon anda əldən verdi

1.10.2022 10:00 336
Dünya futbolu
Niderland 1-ci liqasında 9-cu turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.

Komanda evdə "Dordrext"lə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb - 1:1. "Eyndhoven" hesabda irəlidə olsa da, 90+5-ci dəqiqədə buraxdığı qolla meydanı 1 xalla tərk edib.

Ozan Can da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan yarımmüdafəçi 82-ci dəqiqədə əvəzlənib. O, 57-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.