"Şəfa" braziliyalı hücumçu aldı

12.08.2026 18:45 20
Ölkə futbolu
“Şəfa” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, braziliyalı hücumçu Luis Felipe da Silva Rodrigez ilə "1+1" illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib. Ölkəsində isə “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyib.