Ozan Canın komandası qələbə qazandı

8.11.2022 09:56 322
Dünya futbolu
Niderland 1-ci divizionunda 14-cü turun görüşləri keçirilib.

Football-plus.az xəbər verir ki, "Utrext"in ikinci komandası ilə "Eyndhoven"in qarşılaşıb. Görüş Ozan Can Kökçünün çıxış etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü matça start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Hesabında 26 xal olan "Eyndhoven" hazırda 20 komanda arasında 4-cü pillədə qərarlaşıb.