Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi

11.08.2026 22:25 34
Ölkə futbolu
"Karvan-Yevlax" növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Yevlax təmsilçisi səfərdə 1-ci liqa klubu "Mingəçevir"lə qarşılaşb. Matç "Karvan-Yevlax"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Karvan-Yevlax" ötən övsümü 15 xalla sonuncu pillədə başa vuraraq premyer-liqanı tərk edib. Bölgə təmilçisi cari mövsümdə 1-ci liqada mübarizə aparacaq. Hazırda "Karvan-Yevlax"ı ötən mövsüm "Mingəçevir"in "sükanı arxasında" olan Ramiz Məmmədov çalışdırır.