Tanınmış türkiyəli mütəxəssis Abdulla Avcının ailəsində ciddi itki baş verib. Belə ki, onun anası Feriha Avcı dünyasını dəyişib.
Bildirilir ki, 88 yaşlı Feriha Avcının son vaxtlar səhhəti ilə bağlı ciddi problemləri var idi. Türkiyə Futbol Federasiyası yığmanın sabiq baş məşqçisi olan Abdulla Avcıya başsağlığı mesajı ünvanlayıb.
Qeyd edək ki, uzun illər ''İstanbul BŞ''nin başında yer almış 63 yaşlı Avcı məşqçi karyerasının ən böyük uğurunu ''Trabzonspor''da yaşayıb. Qaradənizlilər 2022-ci ildə 38 illik çempionluq həsrətinə məhz bu məşqçi ilə son qoymuşdular. Bu klubda iki fərqli dönəmdə çalışan Avcı 2024-ün sentyabrından bu yana işsizdi.