“Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR

12.08.2026 12:21 20
Avrokuboklar
Kiyev “Dinamo”su Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirəcəyi cavab oyunu üçün Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, komanda cavab görüşünə 25 futbolçu ilə gəlib.

“Dinamo”nun baş məşqçisi İqor Kostyuk “Qarabağ”la matç üçün aşağıdakı oyunçulara güvənəcək:

Qapıçılar: Manko, Olxovıy, Surkis

Müdafiəçilər: Bilovar, Dubinçak, Kendzera, Maliş, Mixavko, Siç, Tımçik, Tiare

Yarımmüdafiəçilər: Brajko, Buyalski, Kabaev, Lonveyk, Lyusin, Mixaylenko, Oqundana, Reduşko, Rubinçiski, Şaparenko, Yarmolenko

Hücumçular: Gerrero, Munqenqe, Ponomarenko.

Polşanın Lyublin şəhərində keçirilən ilk görüşdə “Dinamo” 1:0 hesabı ilə qalib gəlib. Cavab matçı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 20.00-da başlayacaq.