Ozan Can oynadı, komandası qələbə qazandı

15.10.2022 10:00 395
Dünya futbolu
Niderland birinci divizionunda 11-ci turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” bu turda doğma meydanda “TOP Oss”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətində başlayıb və 57-ci dəqiqədə hesab 2:1 olarkən əvəzlənib.

“Eyndhoven” hazırda 22 xalla 20 komanda arasında 3-cü pillədə qərarlaşıb