Oyunsonrası mətbuat konfransında ''Kauno Jalqiris''in baş məşqçisi Zelko Sopiç ''Beşiktaş'' haqda diqqətçəkən ifadələr işlədib. Məsələ burasındadı ki, bu komanda Avropa Liqasının təsnifatının pley-offunda böyük ehtimalla İstanbul nəhəngi ilə qarşılaşacaq. Çünki ''Kauno Jalqiris''i ''Beşiktaş'' - ''Hradets Kralove'' cütünün qalibi ilə duel gözləyir. Sopiç ''ağ-qaralar''la mümkün oyun barədə suala cavab verərkən bunları deyib:
''Bu anların qədrini bilməliyik. Ən azı KL-də oynamağı rəsmiləşdirmişik. İndi bizi ''Beşiktaş''la oyunlar gözləyir. Belə desək, ''Beşiktaş'' bizim üçün ''Çikaqo Bulls'' kimidi. İstanbula gedərək 42 min azarkeşin önündə ölkəmizi və klubumuzu təmsil edəcəyik. Orda bizi bu günkündən 10 qat çətin atmosfer gözləyir. Bu oyunlar təkcə klubumuz üçün yox, mənim məşqçi karyeram üçün də unudulmaz olacaq. ''Beşiktaş'' ilə ''Dinamo''nu müqayisə edə bilərəmmi? Bəli, edə bilərəm. Məsələn, ''Dinamo'' ''Arsenal''dan Leandro Trossar kimi bir futbolçunu heç vaxt transfer edə bilməzdi. Məncə, bu, hər şeyi anladır''.





