"Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays komandasını dəyişə bilər.
Football-plus.az xəbər verir ki, o, "Arsenal"a keçməyə yaxındı. Orta xətt oyunçusunun transferində şəxsən London klubunun baş məşqçisi Mikel Arteta maraqlıdı. Mütəxəssis artıq futbolçunun transferi ilə bağlı ilkin təklifin hazırlanmasını təsdiqləyib.