Şəhriyar Əliyev premyer-liqa klublarının hədəfində - ÖZƏL

20.05.2022 11:16 1 479
Premyer-liqa / Manşet
Şəhriyar Əliyevin mövsümün sonunda "Şamaxı" ilə müqaviləsi başa çatacaq.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi klubla yeni saziş imzalamayacaq.

Redaksiyamıza daxil olan məlumata görə, millimizin üzvü ilə 2 premyer-liqa klubu yaxından maraqlanır. Söhbət "Sumqayıt" və "Səbail"dən gedir. Şəhriyarın hansı kluba keçəcəyi yaxın günlərdə bəlli olacaq.

İLKİN SULTANLI