“Football-plus.az” xəbər verir ki, “Səbail”in müdafiəçisi Turan Manafovla Türkiyə klubu yaxından maraqlanır. Söhbət TFF 1-ci liqada çıxış edən “Adanaspor”dan gedir. Bu məlumatı Turanın meneceri İlkin Alıyev saytımıza açıqlamasında bildirdi:
“Futbolçu ilə maraqlanan klublar var. Ölkə xaricindən “Adanaspor”la danışıq aparırıq. Premyer-liqa təmsilçiləri də Turanı istəyir. Amma bu məsələnin həlli üçün “Səbail”lə danışmalıdılar. Çünki Turanın Bakı klubu ilə müqaviləsi var”.
İLKİN SULTANLI




