Dieqo Kosta bu İngiltərə klubunun hədəfində

5.09.2022 13:54 442
Dünya futbolu
Dieqo Kosta yenidən İngiltərə premyer-liqasında oynaya bilər.

"Football-plus.az" xəbər verir ki, "Vulverhempton" 33 yaşlı forvardın xidmətində maraqlıdı. Tərəflər artıq şifahi razılıq əldə edib.

Son klubu Braziliyada Mineyro "Atletiko"su olan Kosta 2014-2018-ci illərdə "Çelsi"də oynayıb.