• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Leao Donnarumma kimi etməməlidi!”

Dünya futbolu

1-01-2023, 21:0

Dünya futboluna damğa vurmuş mütəxəssislərdən biri olan 76 yaşlı Fabio Kapello “Milan”ın saytlarından birinə klubda yaşananlarla bağlı müsahibə verib.

Kapellonu bu klubun əfsanələrindən biri adlandırmaq olar. O, məşqçi kimi 1990-cı illərin əvvəllərində “Milan”la 4 çempionluq, 1 ÇL daxil olmaqla 9 titul qazanıbsa, futbolçu kimi də “rossonyerlər”in heyətində 1978/79-da çempionluq sevinci yaşayıb. “Milan”dan başqa Kapello “Real”, “Roma”, “Yuventus”u, eləcə də İngiltərə və Rusiya yığmalarını çalışdırıb.

- Hazırda “Milan”ın heyətində ciddi itkilər var. Onlardan biri qapıçı Mayk Menyandı. Komanda onsuz nəticə qazanmağı bacaracaq?
- Menyan həqiqətən də çox ciddi itkidi. Çünki xaraktercə liderdi. Onun meydanda olması müdafiə xəttini də ruhlandırır. Baldır əzələsinin zədələri aldadıcı olur. Çünki özüm də bunu yaşamışam və nə demək olduğunu bilirəm. Adama elə gəlir ki, sağalmaq üzrəsən. Amma bir cəld hərəkət edən kimi ağrılar yenə başlayır. Ümid edirəm ki, Menyan Çempionlar Liqasının pley-offuna qədər sağalacaq.

- Teo Ernandes və Olivye Jirunun dünya çempionatındakı performansı barədə nə düşünürsüz?
- Jiru əla formadadı. Hiss olunurdu ki, mundialın finalında erkən əvəzləndikdən sonra çox qəzəblənmişdi. Amma ümumi götürəndə Jiru turniri yüksək səviyyədə keçirdi. Teo da tam qaydasındadı və dərhal komandaya kömək edə biləcək gücdədi. Jiru qədər olmasa da, Ernandesin də mundialı yaxşı keçirdiyini düşünürəm. Sadəcə alışdığı kimi oynaya bilmirdi. Bəzən sıxıntı yaşayırdı. O cinahda Mbappe qərarlaşdığından hücumlara tam olaraq istədiyi kimi qoşula bilmirdi. Amma əvəzində müdafiədə diqqətli olmağa çalışırdı. Bu da vacib məqamdı. DÇ-ni bir imtahan kimi götürsək, Teonun bu imtahandan keçdiyini söyləmək olar.

- Rafael Leaonun müqaviləsi ilə bağlı məsələ hələ də aktuallığını qoruyur. Onun müqavilə müddəti 2024-də başa çatır. Bu vəziyyətdə həm kluba, həm də oyunçuya nə məsləhət verərdiz?
- Açıq danışsaq, Leao indiki səviyyəyə çatdığına və bu cür tanınmış oyunçuya çevrildiyinə görə yalnız “Milan”a borcludu. Bunu nəzər almalı və kluba minnətdar olmalıdı. Donnarumma kimi etməməlidi! Yox, futbolda minnətdarlıq artıq yoxdusa, bu başqa məsələ. O zaman deyə biləcəyim bir söz yoxdu. Leaonun “Milan” üçün nə dərəcədə vacib futbolçu olduğunu hər birimiz bilirik. Hərçənd o, son mundialda nəyə qadir olduğunu tam göstərə bilmədi.

- De Ketelaredən də fanatlar çox şey gözləyir. Ümidləri doğrultması üçün nə etmək lazımdı?
- De Ketelare sanki bir qədər özün itirib. Bəzi anlarda düzgün qərarlar vermir. Əslində o, topa sahib olduqda çox şey etmək istəyir. Sadəcə bir qədər ləng düşünür və davranır.

- Məşqçi karyeranızda bu cür problemlə qarşılaşmısız?
- Əlbəttə. Sadəcə, sakit, səbirli olmaq və bir qədər gözləmək lazımdı. Biz, adətən, bu cür səviyyədəki oyunçuların bu problemini məhz belə yoluna qoyurduq.

- Təzyiq də öz sözünü deyir. Onu futbolçunun üzərindən götürmək üçün nə etmək lazımdı?
- Burda ilk növbədə onun nəyi düzgün və yaxşı etdiyini müəyyənləşdirmək lazımdı. Gördün ki, nəyisə yaxşı edir, həmin şeyi daha da yaxşı etməsi üçün ona yardım etmək lazımdı. Futbolçuya başa salmaq lazımdı ki, bu hələ başlanğıcdı. Amma problemin psixologiya ilə bağlı olub-olmadığını da müəyyənləşdirmək lazımdı. Futbolçu psixoloji problem yaşayırsa, ona başqa çarə tapmaq lazımdı. Çünki o, meydana qorxaraq çıxır...

- Bu yay komandaya qoşulan futbolçulardan daha çox şey gözləmək düzgündümü? Çünki Orici, Adli, Tşau və Vranks kimi yeni futbolçular demək olar oynamır.
- Oricinin zədələrdən başı açılmır. Nə vaxt baxırsan, zədəlidi. Məşqlərdə iştirak etməyən və komandanın içində olmayan oyunçu haqda nə demək olar? Digərləri isə hər gün məşqçinin gözü önündə olur. Məşqçi onların son durumunu hamımızdan yaxşı bilir. Hər bir məşqçi komandaya faydalı ola biləcəyini düşündüyü oyunçuları start heyətində meydana buraxır. Yəni bu artıq Piolinin səlahiyyətindədi. Onun qərarını müzakirə etmək düzgün deyil. Bir futbolçu məşqdə digərindən – hər zaman oynayan oyunçudan güclü olduğunu sübut edə bilirsə, deməli meydana məhz o çıxacaq. Güclü deyilsə, həmin futbolçunun yeri ya ehtiyat skamyadı, ya da tribuna. Hərçənd indi artıq futbolçular tribunaya yollanmır.

- Bəli, artıq ehtiyatdakılar üçün çox yer var.
- Əvvəlki illərdə iştirak ərizəsinə düşməyən futbolçuları seçmək çox çətin idi. Çünki sən onları həftəboyu qaçmağa, ağır məşqlər keçməyə məcbur etdiyin halda həftəsonu tribunaya göndərmək məcburiyyətində qalırdın. Bu, çox sərt qərardı. Futbolçu üçün bu qərarla barışmaq ağır olurdu. Elə məşqçi üçün də seçim etmək çətin olurdu. İndi isə az qala komandadakı bütün oyunçular ehtiyatda otura bilir. Bu yaxşı haldı. Ehtiyatda oturan futbolçu da bir növ prosesin içində sayılır. Çünki məşqçi hər an onu meydana buraxa bilər.

- İbrahimoviç bir neçə dəfə vurğulayıb ki, siz onunla maraqlı rəftar edirdiz. Bir növ onunla psixoloji oyunlar oynayırdız. Necə düşünürsüz, onun bu cür liderə çevrilməsində sizin rolunuz olubmu?
- Mən İbranı fərqləndirmirdim. Başqalarına necə yanaşırdımsa, ona da o cür yanaşırdım. İstedadlı futbolçunun əsas özəlliyi onun tez öyrənməsindədi. Belə futbolçular məşqçinin onlara dediyi sözləri beyinlərində analiz edib özlərinə faydalı olanları yadda saxlayırlar. İstedadlı olmayan oyunçular isə bir qayda olaraq özlərindən razı olur. Belələrinə nəsə demək sadəcə vaxt itkisidi. Fərqi futbolçunun mentaliteti yaradır. Mənim qarşıma dəfələrlə istedadlı və eyni zamanda artıq hər hər şeyə nazil olduğunu düşünən futbolçular çıxıb. Ya da belə oyunçular ilk problemdəcə “ağ bayraq” qaldırırlar. Komanda üçün vacib rol oynamaq istəyirsənsə, özünü göstərməli və nəyə qadir olduğunu sübut eməlisən.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-10-2022, 11:0

A seriyasında laureatlar mükafatlandırıldı

Dünya futbolu

16-03-2022, 13:0

Pyoli “Milan”ın skudettonu hədəflədiyini nə vaxt dilə gətirəcək?

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə