Stefano Pyoli İtaliyada çoxdan təvazökar məşqçi kimi tanınır.
Onun bu keyfiyyəti 2019-cu ilin oktyabrında “Milan”ın baş məşqçi vəzifəsinə təyinatından sonra daha qabarıq şəkildə nəzərə çarpır. Komandası hazırda A seriyasında liderdi. Amma Pyoli təvazökarlığından əl çəkmir ki, çəkmir. 56 yaşlı mütəxəssis “Empoli” üzərində qələbədən (1:0) sonra jurnalistin “Milan”ın hədəfinin skudetto olduğunu nə vaxt dilə gətirəcəksiniz” sualına özünəməxsus tərzdə cavab verib:
“Son tur ərəfəsində əsas izləyicimizi 4 xal qabaqlayanda. İndiki məqamda məni 2-ci yer də qane edə bilər? Futbolçularımızın var gücü ilə mübarizə aparmağa davam etməsini istəyirəm. Bu gün qələbə qazanmağın nə qədər çətin olduğunu gördük. Odu ki, indi Kalyaridə keçiriləcək növbəti oyunun nə dərəcədə çətin olacağı haqda düşünürük. Nə çox da irəli boylanmalı, nə də geriyə baxmalıyıq. Bu gün qalib gələn “Yuventus”un çempionluq yarışında olduğunu düşünürəm. Qarşıda hələ 27 xallıq oyunlar var. Ümumiyyətlə, cədvəlin ilk 5 sırasındakı klubların çempionluq şansını qoruduğunu deyərdim”.