Milli komandamız dünya çempionu oldu

10.11.2022 16:16 565
İdman
Bakıda keçirilən paracüdo üzrə dünya çempionatına yekun vurulub.

“Football-plus.az” saytının məlumatına görə, dünən komanda yarışı baş tutub. Finalda Türkiyəyə 4:2 hesabı ilə qalib gələn milli komandamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, təmsilçilərimiz fərdi mübarizəni 1 gümüş və 3 bürünc medalla başa vurub.