“Masters” kateqoriyasında ikinci

10.11.2022 16:06 309
İdman
İspaniyanın Santa-Susanna şəhərində bodibildinq üzrə dünya çempionatı keçirilib.

“Football-plus.az” saytının məlumatına görə, təmsilçilərimizin qazancı 2 medal olub. Vüqar Verdiyev (90 kq) “Masters” kateqoriyasında ikinci yeri tutub.

“Men’s Physique” kateqoriyasında, boyu 182 sm olan idmançıların yarışında Əli Qurbanlı fəxri kürsünün üçüncü pilləsinə qalxıb.