İspaniyanın 20 yaşadək qadın futbolçulardan ibarət milli komandası Kosta-Rikada keçirilən dünya çempionatının qalibi olub.
"Footbll-plus.az" xəbər verir ki, yığma finalnda Yaponiyanı 3:1 hesabı ilə məğlub edib. Niderlanda 4:1 hesabı ilə qalib gələn Braziliya bürünc medala sahib çıxıb.
Qeyd edək ki, 2020-ci ildəki dünya çempionatı koronavirusa görə ləğv edilib. Sonuncu yarış 2018-ci ildə Fransa keçirilib. İspaniya həmin turnirin finalında məhz Yaponiyaya 1:3 hesabı ilə uduzmuşdu.