Komandamız dünya kubokunun qalibi oldu

24.04.2022 16:29 587
İdman
Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandamız Bakı keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

"Football-plus.az" saytının məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan komandası 5 halqa ilə hərkətlərin icrasına görə 1-ci olub. Komandamız 32.850 xal toplayıb. İtaliya 32.450 xalla 2-ci, İsrail 32.050 xalal 3-cü olub.

Qeyd edək ki, komandamız çoxnövçülük yarışlarında gümüş medala sahib çıxmışdı.