• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya”dan daha beş transfer əməliyyatı - TƏHLiL

Dünya futbolu / Yazarlar

20-07-2022, 13:0

İyunda Nussair Mazrauini azad agent kimi heyətinə qatan “Bavariya” “Ayaks”ın daha bir oyunçusunu - Rayan Qravenberxi transfer etmişdi.

Az müddət sonra “Liverpul”dan Sadio Mane alınmışdı. Onda Almaniya klubunun ən əsas futbolçusunu itirə biləcəyi ehtimalı daha da artmışdı. Münhenlilərə 8 il ən yüksək səviyyədə xidmət edən Robert Levandovskinin karyerasında növbəti səhifə açmaq istəyi böyük idi. Rəhbərlik ayyarım ərzində onun satılmadığını dəfələrlə təkrarlasa da, polşalı superbombardirin inadkarlığı qarşısında “ağ bayraq qaldırıb”: Robert artıq inadla can atdığı “Barselona”nın sıralarındadı!

Almaniya klubu nə qədər qazanacaq?

“Bavariya” ilə “Barselona” arasında uzun sürən aparılan danışıqlar sona çatıb. “Bild” qəzetinin yazdığına görə, transfer İspaniya klubuna 45 milyon avroya başa gələcək. Müqavilədə “Bavariya”nın bonus kimi 5 milyon avro qazanmaq imkanı ilə bağlı bənd də nəzərdə tutulub. Levandovskinin yeni klubu ilə ilkin müddəti 2025-ci ilə qədər razılaşdırılan və sonradan birilliyə artırılması nəzərdə tutulan müqavilə imzalayacağı da məlum olub.
Amma “El Pais” qəzeti münhenlilərin ona görə qazancının daha çox olacağını iddia edir. Bu mənbəyə inansaq, klubun xəzinəsinə bu yay 45 milyon avro köçürüləcək. “Barselona” qarşıdakı mövsümlərdə (mövsüm sayına aydınlıq gətirilmir) Çempionlar Liqasına vəsiqə qazanacağı halda qarşı tərəfə 5 milyon avro bonus ödəyəcək. Robert yeni klubunda ilk ili tam şəkildə keçirəcəyi halda “Bavariya”nı daha 10 milyon avro irəli salacaq. Bu şərtlər daxilində Almaniya nəhənginin ümumilikdə 60 milyon avro qazanacağı məlum olur.

33 yaşlı forvard yeni iş yerində ilə təxminən 9 milyon avro maaş alacaq. Bunu tanınmış jurnalist Fabritsio Romano bildirib. Maraq üçün səbəbkarın Almaniyada ilə 12 milyon avro məvacib aldığını xatırladaq. Qeyri-rəsmi olsa da, Robertin agentinin qazancına da aydınlıq gəlib. “Onda Sero” radiostansiyasının müxbiri Alfredo Martines Pini Zahavinin Münhen klubundan müştərisinin imzalayacağı müqavilənin hər ilinə görə ona 5 milyon avro komissiya haqqının ödənilməsinin tələb etdiyini bildirib. Başqa sözlə, Levandovski göy-qırmızı formanı 4 il daşıyacağı halda menecerinə 20 milyon avro qazandıracaq.

Levandovski artıq Mayamidədi

O, cümə günü öz şkafını boşaltmaq və komanda yoldaşları ilə vidalaşmaq üçün sonuncu dəfə Münhen klubunun bazasına gəlib. Robertin “Barselona”dakı təqdimatı bazar gününə planlaşdırlmışdı. Lakin təqdimat ertələnib və futbolçu əvvəlcə İspaniyaya, ordan isə ABŞ-ın Mayami şəhərinə yollanıb. Amerika turnesinə çıxan yeni komandasının oyunçuları ilə görüşən polşalı birgə nahar fasiləsi zamanı onlarla səmimi şəkildə və gülər üzlə söhbətləşib.
“Bavariya”nın formasında 8 mövsüm ərzində keçirdiyi 375 oyunda 344 qolun və 72 məhsuldar ötürmənin müəllifi olan Levandovski Münhen klubu və azarkeşlər ilə vidalaşıb. O, öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda bu cümlələri yazıb: “Komanda yoldaşlarıma, bütün heyətə və “Bavariya” rəhbərliyinə minnətdarlıq ermək istəyirəm. Çox sağ olun! Bizi dəstəkləyən və bir çox titul qazanmağımıza kömək edən hər kəsə də təşəkkür edirəm. Mən birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm. İlk növbədə azarkeşlərə təşəkkür etmək istərdim - klubu hazırkı mövqeyinə gətirənlər sizsiz. Biz oyunçular yalnız bir anlıq burdayıq. Mənim üçün burda 8 gözəl il keçdi, bu zaman kəsiyini əbədi ürəyimdə saxlayacağam”.

“Bavariya”dan əvvəl Almaniyada 4 il Dortmund “Borussiya”sında oynayan, ölkəsində isə “Delta”, “Legiya”, “Znix Prujkov” və “Lex”in formasını geyən Robert yeni klubunun rəsmi saytına açıqlamasında nikbinliyi ilə diqqəti cəlb edib. Polşalı hücumçu Kataloniya klubunda bütün titulları qazanacağına inanır: “Barselona”ya gəldiyim üçün xoşbəxtəm. Son günlər mənim üçün daha uzun şəkdi, amma indi həyatımda yeni dövr başlayıb, burda olmaq mənim üçün yeni bir çağırışdı. Mən qalib olmaq istəyən oyunçuyam. Oyunlardan yox, titullardan danışıram. Ona görə də ümid edirəm ki, ilk oyunlardan qələbə qazanmağa başlayacaq və titullar əldə edə biləcəyik. Mən həmişə İspaniyada top-klubda oynamaq istəmişəm. İnanıram ki, mümkün olan bütün titulları qazanacağıq. Xavi ilə söhbət etmişəm, o çox ağıllı mütəxəssisdi. Klubda məşqçi kimi böyük gələcəyi olacaq. Və mən də bu gələcəyin bir hissəsi olmaq istəyirəm. Komandada çoxlu əla futbolçu var. Biz birlikdə zirvəyə çıxmağa qadirik”.

Riçards ilə Tillman da Münheni tərk etdilər

“Bavariya”nı daha iki futbolçu tərk edib. Omar Riçardsla yollar ayrılıb.

Münhenlilərin rəsmi saytının yaydığı xəbərə görə, 24 yaşlı müdafiəçi bundan sonra vətəni İngiltərədə top qovacaq. Amma onun “Nottingem Forest”ə keçidinin detalları açıqlanmayıb. Qeyd edək ki, ingilis futbolçu ötən mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 17 oyunda meydana çıxıb.
Münhendən ayrılan digər oyunçu isə Malik Tillmandı. ABŞ yığmasının xavbeki karyerasını Şotlandiyada davam etdirəcək. Bundesliqanın son mövsümündə 4 matçda meydana çıxan 20 yaşlı futbolçu “Reyncers”ə birilliyə icarəyə verilib. Şotlandiya klubunun növbəti mövsümün sonunda Maliki birdəfəlik transfer etmək hüququ var.

Qnabri yola gəldi

Nəhayət, Serj Qnabrinin karyerası ilə bağlı məsələyə aydınlıq gəlib. “Bavariya” rəhbərliyi uzun sürən danışıqlardan sonra onu yeni müqaviləyə razı sala bilib. 27 yaşlı futbolçu məvacibinin artırılmasını tələb edirdi. Son xəbərlərdə vingerin Almaniya klubu ilə müqaviləsinin müddətini 2026-cı ilin yayına qədər artırdığı bildirilsə də, yeni sözləşmənin maliyyə detallarına aydınlıq gətirilmir.
Serj “Bavariya”da 2017-ci ildən çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 45 oyunda 17 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

De Liqt “Yuventus”u “Bavariya”ya dəyişir

“Yuventus”u tərk etmək qərarına gələn Matteys de Liqt də növbəti mövsümdə “Bavariya”da çıxış edəcək. Almaniya və İtaliya mənbələri klubların bu transferlə bağlı razılığa gəldiklərini xəbər verib. Razılığa əsasən, Münhen klubu 70 milyon avro təzminat ödəyəcək. “Yuventus” niderlandlı futbolçuya görə əlavə 10 milyon avro bonus da qazana bilər. De Liqt İtaliya klubunda 2019-cu ildə “Ayaks”dan transfer olunub. 22 yaşlı müdafiəçinin dünən “Bavariya”da tibbi müayinədən uğurla keçəcəyi halda bu klubla 5 illik müqavilə imzalayacağı xəbər verilmişdi.
Amma onun transferi Münhendən bir oyunçunun ayrılmasını qaçılmaz edir. Belə ki, “Sky Sport”un xəbərində Benjamen Pavar, Dayo Upamekano və ya Tanqi Nyanzunun satışa çıxarılacağı bildirilir. Lukas Ernandesin müdafiə xəttindəki mövqeyi isə toxunulmazdı.

Reaksiyalar

Herbert Hayner, “Bavariya”nın prezidenti: “Artıq Levandovskinin məsələsinə aydınlıq gəlməsi hər iki tərəf üçün yaxşı haldı. Robert bizim minnətdarlığımıza layiq idi. O, klubumuzla hər şey qazanıb. Ona inanılmaz dərəcədə minnətdarıq”.
Oliver Kan, “Bavariya”nın baş direktoru: “Barselona” son təklifi bizi qane etdi və Levandovskinin bu kluba keçidi reallaşdı. Son vaxtlar transfer bazarında çox uğurlu əməliyyatlar həyata keçirmişik. Hücum xəttini Sadio Manenin simasında dünya səviyyəli oyunçu ilə gücləndirmişik. Mənim işim “Bavariya” üçün ən yaxşı varianta nail olmaqdı. Biz həmişə vəziyyəti nəzarət altında saxlamış və güc mövqeyindən çıxış etmişik. Çox götür-qoydan sonra Robertin gedişinə mane olmamaq qərarına gəldik”.
Yulian Naqelsmann, “Bavariya”nın baş məşqçisi: “Bir sıra variantlarımız var. Mane Levandovskini əvəzləyə bilər. Oyun üslubumuzu dəyişməli olacağıq. Biz mövsüm ərzində 40 qol vura bilən mərkəz hücumçusunu itirmişik. Digər yandan bu keçid bütün qalan futbolçularımız üçün böyük çağırışdı”.
Pini Zahavi, Levandovskinin agenti: “Bavariya” rəhbərliyinə, xüsusilə Oliver Kana və Hasan Salihamiciçə təşəkkür etməliyəm. Onlar, nəhayət, Levandovskinin karyerasında yeni çağırışla bağlı arzusuna hörmətlə yanaşdılar. “Barselona”nın rəsmisi Alemani, mən və Salihamiciç cümə günü gecəyarısına qədər ara vermədən danışıq aparmışıq. Biz hamı üçün ən yaxşı qərarın verilməsinə çalışırdıq. Bu keçiddən hər bir tərəfin qalib çıxdığını düşünürəm. Robert uzun illər “Bavariya”ya göstərdiyi böyük xidmətlərinə görə karyerasında yeni səhifə açmağa layiq idi. “Bavariya” onun gedişi nəticəsində xəzinəsini kifayət qədər artırmaq imkanı qazandı. Bu klub həmişə dünya miqyasında öncüllər sırasında olacaq. “Bavariya”ya növbəti mövsümdə uğurlar diləyirik”.
Tomas Müller, “Bavariya”nın hücumçusu: “Robert, sənə “Barselona”da uğurlar diləyirəm. 8 xüsusi il, çox sayda qol, çoxlu titul, yüksəlişlər və enişlər. Amma həmişə hörmət və əsl qalib ruhu”.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-07-2022, 16:0

Levandovski Münhendən ayrılır

Dünya futbolu

12-06-2022, 15:0

Daha bir “Ayaks”lı “Bavariya”ya qoşuldu

Dünya futbolu

21-04-2022, 20:0

Levandovskinin qiyməti məlum oldu

Dünya futbolu

29-06-2022, 19:0

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

Dünya futbolu

28-04-2022, 12:0

"Barselona" Levandovski üçün 35 milyon avro ödəməyə hazırdı

Dünya futbolu

14-07-2022, 22:0

Levandovski “Bavariya”nın düşərgəsindədi

Aktual
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Son xəbərlər
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 138
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə