Daha bir “Ayaks”lı “Bavariya”ya qoşuldu

12.06.2022 15:33 390
Dünya futbolu
Bir neçə gün əvvəl Nussair Mazrauini azad agent kimi sıralarına qatan “Bavariya” “Ayaks”ın daha bir oyunçusunu transfer edib.

Rayan Qravenberx Almaniya klubu ilə 5 illik müqavilə imzalayıb. 20 yaşlı yarımmüdafiəçinin münhenlilərə hansı qiymətə başa gəlməsi haqda rəsmi məlumat verilmir. Rayan Niderland çempionatının sön mövsümündə keçirdiyi 30 oyunda 2 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.