Bu gün 20 yaşadək oğlanlardan ibarət basketbol millimiz FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız üçüncü tur çərçivəsində İrlandiya seçməsi ilə qarşılaşacaq.
Bratislavadakı “GOPASS Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.30-da start götürəcək.
Millimiz turnirdəki ilk oyununda İsveçə 58:85 hesabı ilə uduzub. Komandamız ikinci turda isə Slovakiya ilə üz-üzə gəlib və rəqibini 72:66 hesabı ilə məğlub edib.