Levandovski Münhendən ayrılır

16.07.2022 16:42 418
Dünya futbolu
Robert Levandovski arzsuna çatmağa çox yaxındı.

Football-plus.az xəbər verir ki, “Bavariya” və “Barselona” arasında aparılan danışıqlar sona çatıb. Transfer İspaniya klubuna 45 milyon avroya başa gələcək. Müqavilədə “Bavariya”nın bonus kimi 5 milyon avro qazanmaq imkanı ilə bağlı bənd də nəzərdə tutulub. Keçidin tezliklə rəsmən açıqlanacağı gözlənilir. Levandovskinin yeni klubu ilə müddəti 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacağı da məlum olub.

33 yaşlı forvard öz şkafını boşaltmaq və komanda yoldaşları ilə vidalaşmaq üçün Münhen klubunun bazasına gəlib.