• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Levandovski “Bavariya”nın düşərgəsindədi

Dünya futbolu

14-07-2022, 22:0

Nəhayət, Usman Dembelenin məsələsinə aydınlıq gəlib.

O, yeni mövsümə də son klubunda başlayacaq.

Usman uzun müddət “Barselona” rəhbərliyinin təklif etdiyi yeni müqaviləni imzalamaqdan imtina edirdi. Nəhayət, iyulun 1-dən azad agent statusuna malik olan futbolçunun “Barselona” ilə ikiillik müddətə anlaşdığı xəbər verilir. 25 yaşlı fransız hücumçu məvacibinin 40 faiz azaldılmasına razılaşıb. Usman yeni mövsümdən Anssumane Fatinin aldığı maaşla kifayətlənməli olacaq. Dembele “Barselona”da 2017-ci ildən çıxış edir. O, son mövsüm bütün turnirlərdə iştirak etdiyi 32 matçda komandasına 2 qol və 13 məhsuldar ötürmə ilə faydalı olub.

İspaniya klubu heyətini yeni futbolçu ilə də gücləndirib. “Lids”dən Rafinya transfer edilib. Klubun mətbuat xidmətinin məlumatında braziliyalı vingerin tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı bildirilib. Rafinyanın transferi İngiltərə klubuna 58 milyon avro qazandırıb. 26 yaşlı oyunçu “Lids”ə 2020-ci ildə “Renn”dən keçmişdi. O, ötən mövsüm premyer-liqada iştirak etdiyi 35 oyunda 11 qol vurub və 3 qolun ötürməsini verib.
“Barselona”nın əsas transfer hədəfinin Robert Levandovski olduğu çoxlarına bəllidi. Rəhbərlik polşalı hücumçu üçün “Bavariya”ya son təklifini göndərib. “Sport.es” saytının xəbərinə görə, münhenlilərə 50 milyon avro təklif edilib. “Barselona” “Bavariya”nın bu təklifi qısa zamanda qəbul etməsini istəyir. İspaniya klubu hücumçuya isə “3+1 il”lik müqavilə təklif edib. Bəzi mənbələr Levandovskinin Kataloniyanın inzibati mərkəzinə mümkün qədər tez getməyi düşündüyünü vurğulayır. Onun PSJ və “Çelsi” kimi klublardan aldığı təkliflərlə maraqlanmadığı da qeyd edilir. Robert növbəti mövsümü “Bavariya”da keçirmək istəmədiyini çoxdan açıqlayıb. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayında sona çatacaq. Bu səbəbdən “Barselona” superbombardirə görə heç də az xərcə düşməyəcək.

Yeri gəlmişkən, Robert “Barselona”ya mümkün transferinə baxmayaraq, Münhen klubunun düşərgəsinə qoşulub. Maraqlıdı ki, “Sport1” telekanalının xəbərində onun internetdə çoxsaylı ölüm hədələri aldığı üçün Münhenə həyat yoldaşı və uşaqlarını gətirmədiyi bildirilib. 33 yaşlı oyunçunun “Barselona”ya keçidinin rəsmiləşməsini səbirsizliklə gözlədiyi də qeyd edilib. Robert dünən komanda ilə məşqlərdə iştirak edib. Münhen klubu hazırlıq prosesindən sosial şəbəkə hesablarında fotolar paylaşıb.

“Barselona”nı daha bir oyunçunun tərk etdiyini də bildirək. Müdafiəçi Kleman Lanqle, gözlənildiyi kimi, karyerasını “Tottenhem”də davam etdirəcək. London klubu fransalı oyunçunu birilliyə icarəyə götürüb. Xatırladaq ki, Lanqle “Barselona”ya 2018-ci ildə “Sevilya”dan transfer olunub.
Fransişko Trinkan isə növbəti dəfə icarəyə verilib. 22 yaşlı yarımmüdafiəçi karyerasını “Sportinq”də davam etdirəcək. Onunla birillik müqavilə imzalanıb. Qeyd edək ki, Trinkan ötən mövsümü icarə əsasında “Vulverhempton”da keçirib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-07-2022, 19:0

Dembelenin məsələsinə aydınlıq gəldi

Dünya futbolu

13-07-2022, 21:0

"Barselona" Dembele ilə razılaşdı

Dünya futbolu

14-06-2022, 21:0

Dembelenin yolu haradı?

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Bu gün, 22:56
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 245
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 148
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə