• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” həm Dembele ilə anlaşdı, həm də Rafinyanı aldı - TƏHLİL

Dünya futbolu / Yazarlar

18-07-2022, 18:0

“Barselona” Rafinyanın çoxdan gözlənilən keçidinin ardından “əzabkeş” Usman Dembele ilə müqavilənin müddətini də uzatdı.

Fransalı ən azı 2024-cü ilə qədər Xavinin komandasında oynayacaq. Usmanla anlaşmanı tamhüquqlu transfer saymaq olar, onun üçün çoxlu tər tökmək lazım gəldi.

Uzatma təşəbbüsü Xavidən gəlib

“Barselona” son bir neçə ildə Usmanı satmaq istəyirdi. Hər yay ona istənilən vasitə ilə eyham vururdular ki, mövcud təkliflərdən birini qəbul edib sakitcə getmək yaxşıdı. Sabiq baş məşqçi Ronald Kuman Usmanı komandanın vacib hissəsi kimi görmür və satılmasında israr edirdi. Amma Xavinin gəlişindən sonra hər şey qəfil dəyişdi. Məşqçi əmin etdi ki, Usmanı layihəsinin mərkəzində görür və qətiyyən onu buraxmağa razı deyil. Bu yarım ildə ispanın ritorikası dəyişmədi – Xavi hər müsahibədə Dembeleni müdafiə edir və onu nümunəvi peşəkar adlandırırdı: “Həmişə sizə onun yaxşı olduğunu demişəm. Biz Usmana inanırıq. Bu oğlan burda dünyanın ən yaxşısı olacaq. Hamı zədə ilə üzləşir, ancaq Usmanın problemi bundadı ki, son vaxtlar zədələrinin sayı xeyli artıb. O, lazımi kondisiyaları yığa bilmir, bu məsələdə yardım etməliyik. Yorulmadan zalda məşq etməlidi. Onun dünya ulduzu olacağına şübhəm yoxdu, ancaq biz də əlimizi yanımıza salıb oturmamalıyıq. Usmanla yeni müqavilə klub üçün prioritetdi. Bu hər kəsə aydındı, hamı onun bizə nə dərəcədə lazım olduğunu bilir”.

Usman isə “Barsa”da oynadığına görə öyünmürdü və çoxlu pul istəyirdi. İnsayder Fabritsio Romano güman edir ki, oyunçu tərəfi klubdan vergilər çıxılmadan 40 milyon və agent üçün 20 milyon tələb edib. “Barsa” bu tələbdən təəccüblənib və danışıqlar qəfil dayandırılıb. “Barselona”nın direktoru Mateo Alemaninin bununla bağlı fikirləri: “Usmanın ətrafı ilə danışıqlar artıq 5 aydı gedir. Onlar mövqeyimizi bilir. Biz Usmanı saxlamaq istəyirik və onlar bundan xəbərdardı. Təklifimiz onlara çatdırılıb. Yeni müqavilənin imzalanmasını ləngitmək olmaz. Onlar bütün mümkün ssenarilərdən xəbərdardı. Biz futbolçunun ətrafından yekun cavab gözləyirik”.

Ünsiyyətin canlanmasına Xavi yardım etdi. Baş məşqçi daim futbolçu ilə əlaqə saxlayır, qalmağı xahiş edir və meydanda ona vacib yer ayırırdı. Nəticədə Usman La Liqanın son mövsümünün ən yaxşı assistenti oldu. “The Athletic” qeyd edir ki, bununla da fransalı Xaviyə “vuruldu” və onun ambisiyalarını tam bölüşür.

Sissoko onu başqa kluba aparmaq istəyirdi

Tərəflər şərtləri bir neçə ay ərzində razılaşdırdı. İnsayder Jerar Romero yazır ki, futbolçunun agenti Mussa Sissoko müştərisinin kosmik tələblərindən aşağı olan təkliflərə gözünün ucu ilə də baxmırdı. “Barsa” isə agentin tələblərini qarşılamağa tələsmirdi. Kataloniyalıların iqtisadi problemlərini anlayan Sissoko müştərisinin xidmətini başqa klublara təklif edirdi. Agentlə PSJ-nin sabiq idman direktoru Leonardonun daimi təmasları haqda xəbərlər var. Ancaq onun gedişi ilə parislilərin Dembeleyə marağı söndü.
Sissoko yorulmadan variantlar axtarırdı. Usman bir müddət azad agent oldu və dərhal “Çelsi” oyuna qoşuldu – londonlular vaxtilə Dortmundda Tomas Tuxellə çalışan vingeri transfer etmək istəyirdi. Tuxellə Dembelenin münasibətləri yaxşıdı, bu üzdən sövdələşmə cəlbedici görünürdü. “L’Equipe” hətta “Çelsi”nin futbolçuya müqavilə təklif etməsi haqda xəbər yaymışdı. Ancaq londonlularla bağlı məsələlərdə etibarlı insayder kimi tanınan Yakob Ştaynberq bu xəbəri təkzib etdi və onu da dəqiqləşdirdi ki, söhbət yalnız ötəri maraqdan gedir. Son nəticədə heç kim Usmandan möhkəm yapışmadı. Ortada “Barselona” və klubun Sissokonun aylarla yaxın buraxmadığı təklifi qaldı. Xavi özü şəxsən agentlə görüşərək anlatdı ki, klub heç bir halda bundan artığını təklif edə bilməz. Mussa qaşqabağını tökdü, axı bu o demək idi ki, agent dəqiq 20 milyon almayacaq. Dembele yayın ortalarında dərk etdi ki, top-klublar növbəyə durmayıb, Xavi isə onu komandanın lideri kimi görür. Belədə fransalı Sissokoya təzyiq etdi, o da bu məsələdə məğlubiyyəti boynuna aldı.

Usman həqiqətən əvvəlkindən az qazanacaq

Müqavilə müddətinin uzadılması elan olunandan bir neçə gün əvvəl insayder Alfredo Martines yazırdı ki, Usmana əvvəki maaşının təxminən 40 faizindən imtina etmək təklif olunur. Futbolçu həqiqətən də illik maaşının azaldılmasına razılaşıb, ancaq bu sxem hələ də tam aydın deyil.

• “L’Equipe” yazır ki, maaşın 40 faiz azaldılması haqda deyilənlər yalandı. Bu qəzetin informasiyasına görə, futbolçunun maaşı cəmi bir milyon azalacaq, yəni əvvəlki 12 milyon avrodan 11 milyona enəcək. Bununla belə, Usman bonuslar vasitəsilə həmin itkini kompensasiya etməyə qadir olacaq. “Cope” də oxşar xəbər yayıb: maaşda azalma var, ancaq bonuslar da olacaq, bu üzdən Dembele son nəticədə heç nə itirməyəcək.

• İnsayder Toni Xuanmarti belə xəbərləri təkzib edir və yazır ki, Usmanın maaşı təxminən 30-40 faiz kəsiləcək, əks halda “Barselona” “maliyyə feyr-pleyi”nin çərçivəsinə sığa bilməz. Oyun sayına görə bonuslar müəyyənləşdirilib, hərçənd bunlar olandan sonra da futbolçu əvvəlkindən az alacaq.
• Daha bir insayder Fernando Polo əmin edir ki, futbolçu maaşının tam 40 faiz azaldılmasına razılaşıb. İndi Dembele ildə təxminən 7 milyon avro alacaq. Polo onu da gizlətmir ki, “Barselona” rəhbərliyi yeni sövdələşməyə görə sevinc içindədi – futbolçu tərəfinin tələb etdiyi 40 milyon avro müqabilində klub bütün bonuslar nəzərə alınmaqla cəmi 12 milyon ödəyəcək.

Xavi razıdı, bəs Rafinya niyə gəlir?

Bildiyiniz kimi, “Barsa” Rafinyanı da “Lids”dən alır. Kataloniyalıların bu transfer üçün təxminən 60 milyon avronu hardan tapmasıyla işimiz yox, keçidin məhz futbol yönlərindən danışmaq istəyirik. Ötən mövsüm “Barsa”da yaşanan baş məşqçi dəyişikliyindən sonra fərqli cinahlar üçün funksiyaların dəqiq sərhədi müəyyənləşdirildi. Sol cinah kombinasiyalar, sağ cinah isə birəbirdə yaxşı oynayan futbolçuların təcridi üçün nəzərdə tutulub. Rafinya bu sistemə uyğun gəlir. Braziliyalı fərdi duellərdə yaxşıdı. Driblinq və sürət hesabına istər bir, istərsə də bir neçə rəqibi arxada qoymaqla topu irəli hərəkət etdirməyə qadirdi. Hücumun sağında Xaviyə məhz belə keyfiyyətlər lazımdı. Futbolçunun Marselo Byelsanın məktəbini keçməsi də əlavə bonusdu. Argentinalının əlinin altında olan bütün futbolçular topsuz işləməyə məcburdu, deməli, braziliyalı Xavinin komandası üçün vacib olan pressinqdə də çalışmağa hazırdı. Müasir dövrün ən nüfuzlu məşqçilərindən birindən aldığı taktiki biliklər isə Rafinyaya yeni oyun sisteminə uyğunlaşmaqda tam yardım edəcək.

Dembele ilə birgəlik necə alınacaq?

Yuxarıda da vurğuladığımız kimi, Rafinyanın “Lids”dən alındığı elan olunandan dərhal sonra “Barselona” Dembele ilə ikiillik yeni müqaviləni də anons etdi. Usman ötən mövsüm məhz braziliyalının iddia etdiyi mövqedə yer alıb. Fransalı ulduz Xavinin rəhbərliyi altında əla təsir bağışlamaqla işə düzgün yanaşma və zədəsizlik halında dünya səviyyəli futbolçu ola biləcəyini sübut edib. Dembele mövsümün gedişində hansısa məqamda Adama Traorenin şəxsində rəqabətlə üzləşsə də, sonda əsas heyətin vazkeçilməz fiquru oldu. “Barsa”nın oyununda dəqiq ierarxiya görünürdü. Usman top-futbolçulara xas keyfiyyətləri ilə əsas heyətdə yeri haqq edirdisə, Adama daha məhdud funksiyalarla yaxşı əvəzedici idi.
İndi isə vəziyyət fərqlidi. Təbii ki, Rafinya ehtiyat oyunçular skamyasında oturmaq üçün gəlmir. Həm İngiltərədə qazandığı status, həm də qiyməti buna sübutdu. Belə vəziyyət yaranıb ki, bir mövqeyə dünya səviyyəli iki futbolçu iddialı olacaq. Nəzəri baxımdan əla variantdı. Yəni baş məşqçinin keyfiyyəti itirmədən heyətdə rotasiya etmək imkanı olacaq. Ancaq işin əslində heç də hər şey belə ideal deyil. Zamanla bu futbolçulardan birinin vəziyyətindən narazı qalması ehtimalı yetərincə yüksəkdi. Komandadaxili problemlər isə heç vaxt yaxşı sonuca aparıb çıxarmır. Bu məqamda ortaya bir sual çıxır: bəs niyə ikisindən də eyni vaxtda yararlanmamalı? Axı Dembele hər iki ayağı ilə yaxşı oynayır, deməli, sol cinahda da oynamağa qadirdi. Bu suala mənfi cavab verməli olacağıq. Xavinin “Barselona”sında sol cinah üçbucaq formasında komanda hərəkətləri üzərində qurulub, burda futbolçular (cinah müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu) tez-tez mövqeyini dəyişir. Dembele bu rol üçün zəruri olan keyfiyyətlərə malik deyil. Onun güclü tərəfi komandanın sağ cinahda yaratmağa çalışdığı boş zonada oynamaqdı. Belə nəticəyə gəlirik ki, “Barsa”nın heyətində Usmanın oynamalı olduğu bir mövqe var.

“Barselona” Rafinyanı transfer etməklə heyətini güclü oyunçu ilə möhkəmləndirdi. Üstəlik Dembele ilə müqaviləni yeniləməklə qeyri-adi rəqabət yaratdı. İndi Xavinin qarşısında hər ikisini heyətə inteqrasiya etməklə bağlı çətin, amma həm də xoş vəzifə dayanır. Baş məşqçi ya onlardan birini start heyətinin oyunçusu kimi seçməli, ya da necəsə ikisinə də meydanda yer ayırmalıdı. Tezliklə bu sualın cavabını biləcəyik.

Yeri gəlmişkən...

“Barsa” Frenki de Yonqu MY-yə keçmək üçün dilə tutmağa çalışır. Mankunianlarla transferi razılaşdıran “blauqrana” bu xəbəri artıq xavbekə çatdırıb. Onun dəqiq cavabı hələ ki bəlli deyil. Kataloniyalılar niderlandlını qarşıdakı günlərdə satmaq niyyətindədi. Güman olunur ki, De Yonq iyulun 16-da toplanış üçün ABŞ-a uçacaq heyətdə olmayacaq.

Dembele nə deyir?

“Həmişə qalmaq istəmişəm. Bunu həm prezidentə, həm də baş məşqçiyə demişəm. Çox vaxt lazım gəldi, ancaq indi hamı razıdı. Çox sevincli gündü. Uşaqlıqdan “Barselona”nı arzulamışam, səbirsizliklə yeni mövsümün başlamasını gözləyirəm ki, komandaya titul qazanmaqda yardım edim. La Liqada və Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmaq istəyirəm. ÇL-i qazanmaq arzumdu, bunun üçün hər şeyə hazıram. Bu klubda çoxları mənə yardım edib. İlk üç il ağır oldu, ancaq indi hər kəs mənə inanır, odu ki, özümü yetərincə yaxşı hiss edirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-07-2022, 14:0

“Barselona” həm Dembele ilə anlaşdı, həm də Rafinyanı aldı

Dünya futbolu

26-06-2022, 16:0

Dembele Londona gedəsi olmadı

Dünya futbolu

24-06-2022, 19:0

Dembele “haqq yoluna gəldi”

Aktual
Hər kluba 500 bilet! – pley-off həyəcanı başladı
Adil Şükürov “Səbail”dən ayrılacaq?
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Son xəbərlər
  • Bu gün, 12:52
    Hər kluba 500 bilet! – pley-off həyəcanı başladı
  • Bu gün, 12:31
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:00
    "Böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım" - Toral "Qarabağ"la vidalaşdı
  • Bu gün, 11:39
    İlin ən yaxşı məşqçisi seçildi
  • Bu gün, 11:08
    Reqlament qurbanı “Qəbələ”?!
  • Bu gün, 10:52
    "Qəbələ" - "Mingəçevir" oyunu hansı telekanalda yayınlanacaq?
  • Bu gün, 10:31
    Premyer-liqanın son iştirakçısı bəlli olur: "Qəbələ", yoxsa "Mingəçevir"?
  • Bu gün, 10:00
    Adil Şükürov “Səbail”dən ayrılacaq?
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 239
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 177
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə